ARAŞDIRMA: Yerli avropalılar 30 il ərzində bəzi ölkələrdə azlığa çevrilə bilər – FOTObackend

ARAŞDIRMA: Yerli avropalılar 30 il ərzində bəzi ölkələrdə azlığa çevrilə bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra Avropa ölkələrində miqrasiya mənşəli əhali 30 il ərzində çoxluğa çevrilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçin IFR Remiqrasiya İnstitutunun hazırladığı demoqrafik modeldə bildirilib.

İnstitut hazırkı demoqrafik tendensiyalar davam edəcəyi təqdirdə miqrasiya mənşəli əhalinin payının nə vaxt 50 faizi keçə biləcəyini hesablamaq üçün model hazırlayıb. Modeldə doğum və ölüm göstəriciləri, yaş strukturu, immiqrasiya və emiqrasiya nəzərə alınıb.

Hesablamalara görə, bu həddi ilk olaraq İsveçrənin keçə biləcəyi, daha sonra isə Belçika, Almaniya və Avstriyanın bu siyahıda yer ala biləcəyi qeyd olunur.

Modelə əsasən, 2050–2060-cı illərdə Fransa, İspaniya, Böyük Britaniya, Niderland və İsveçdə də miqrasiya mənşəli əhalinin ölkə əhalisinin yarısından çoxunu təşkil etməsi mümkündür.

Araşdırmada miqrasiya axınları ilə bağlı əsasən 2015–2024-cü illərin orta göstəricilərindən istifadə edildiyi və bu tendensiyaların gələcəkdə də davam edəcəyi fərz edilib.

Bununla yanaşı, “yerli əhali” anlayışının hər ölkədə mövcud statistik məlumatlardan asılı olaraq fərqli müəyyənləşdirildiyi vurğulanır.

Müəlliflər nəticələrin dəqiq proqnoz deyil, mövcud tendensiyaların dəyişməyəcəyi təqdirdə mümkün ssenarini əks etdirdiyini bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az