Azərbaycanda 4 nəfəri maşın vurub öldürdübackend

Azərbaycanda 4 nəfəri maşın vurub öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub.  sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılıb.