Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıbbackend

Azərbaycanda daha 10 şagirddə koronavirus aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən İnterpress.az -a bildirilib ki, 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.

Daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

İnterpress.az