Azərbaycanda dəhşət: Güclü külək damları uçurur, sel avtomobili aparıb, kəndlər işıqsız qalıbbackend

Azərbaycanda dəhşət: Güclü külək damları uçurur, sel avtomobili aparıb, kəndlər işıqsız qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Şəkiyə yağan güclü yağış və sel fəsadlar törədib.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında Şəkinin Cunud kəndi ərazisindən axan Qara çaya sel gəlməsi nəticəsində kəndlə Şəki şəhərinin əlaqəsi kəsilib.

Dağlardan gələn sel suları Cunud kənd sakini Röyal Nadirova məxsus “VAZ-2106” markalı avtomobili də aparıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.

Hazırda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və aidiyyatı qurumların nümayəndələri sel gələn əraziyə baxış keçirir. Selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır. Hazırda bölgədə güclü leysan yağışı davam edir.

***

Güclü külək Bakıda Uşaq Nevroloji Xəstəxanasının damını uçurub.

TƏBİB-dən bildirilib ki, damın uçması zamanı xəsarət alan olmayıb.

Hadisə nəticəsində yaxınlıqda olan iki avtomobilə ziyan dəyib.

Həmçinin bildirilib ki, xəstəxana 12 il əvvəl təmir olunub.

***

Cəlilabadda güclü küləyin işıqsız qoyduğu kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Güclü külək rayonun bir neçə kəndini işıqsız qoymuşdu.

Həmçinin külək köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşırmışdı.

***

Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa, Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər görülür.