Azərbaycanda elə oğlanlar var ki, Ermənistan müdafiə nazirini İrəvandan götürüb Bakıya gətirər”backend

Azərbaycanda elə oğlanlar var ki, Ermənistan müdafiə nazirini İrəvandan götürüb Bakıya gətirər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında – saat 07:12 radələrində Şuşanın Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularına qarşı terror-təxribat hadisəsi baş verib. Hadisə nəticəsində 3 hərbçimiz yaralanıb və hadisə barədə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb.

yaranmış terror-təxribat hadisəsi və bu kimi məsələlərlə bağlı “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin sədri Emin Həsənli Bizimyol.info-ya müsahibə verib.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

– Emin bəy, Azərbaycanlı və Rusiyalı hərbçilərin postuna qumbara atılmasının əsl səbəbi nə ola bilər? Qarabağın terror dövrü geri qayıdırmı? Bu, kimin marağındadır?

– Təbii ki, bu, terror hadisəsidir və bunu edən terrorçu cəzalandırılmalıdır, məsələ barədə geniş araşdırılma aparılmalıdır. 2020-ci il 10 noyabr bəyanatı tam yerinə yetirilməlidir. Burada vasitəçi dövlət Rusiyadır, onun bu bölgədə sülhməramlıları var. Doğrudur, onlar Türkiyə hərbçiləri ilə birgə monitorinq həyata keçirir, amma hələ də cavablanmamış suallar var. Terrorçular orda nə gəzir? Nə üçün bütünlükdə qanunsuz  silahlı dəstələr bölgədən çıxarılmadı? “Rejim”in fəaliyyətinə nə üçün son qoyulmadı? Bu məsələləri rus sülhməramlıları öz üzərinə götürüb. Düzdür, bəyanatın bir qismi yerinə yetirilib, Ağdam, Kəlbəcər və Laçın qaytarılıb. Amma açıq qalan məsələlər var və Ermənistanda bunları hərə bir cür şərh edir. Bu məsələlərə birdəfəlik rəy bildirilməli və yekunlaşdırılmalıdır. Əks halda, rus sülhməramlıları kənara çəkilsin, Azərbaycanın Daxili Qoşunlarının bir hərbi hissəsi ordakı terrorçuları tərksilah etsin, yaxud da bizim Müdafiə Nazirliyimizin Xüsusi Təyinatlı Qüvvələri, Dövlət Təhlükəsizlik xidmətinin bölmələri, fərqi yoxdur. Bizim hansısa bir qoşun növümüzün kiçik bir hərbi hissəsi yetərlidir ki, ordakı terrorçuları birdəfəlik təmizləsin .

Təbii ki, digər suallardan biri də odur ki, Ermənistanın Müdafiə naziri Azərbaycan ərazisində? Onunla birlikdə digər Ermənistan rəsmilərinin Qarabağda nə işi var? Ermənistanın Müdafiə nazirini Azərbaycanda elə oğlanlar var ki, onu bizim tarixi şəhərimiz İrəvandakı oturduğu iqamətgahından götürüb, Bakıya gətirər, nəinki Qarabağdan. Burada Rusiya sülhməramlıları öz üzərinə düşən vəzifələri icra etməli, sülhməramlı kimi davranmalıdır. Eyni zamanda, bu məsələlərdə Azərbaycanın səbri tükənməz deyil.İndi mən təzədən deyirəm, əgər Ermənistan müharibə istəyirsə, vəziyyətləri daha da acınacaqlı olacaq. Bu gün Azərbaycan Xalqı konkret olaraq bunlar barəsində ölçü götürülməsini istəyir. Razılaşmanın öhdəliklərini yerinə yetirməsini istəyir. Necə ki, Azərbaycan yerinə yetirdi və Ermənistan gəlib, 1700-ə qədər cəsədini topladı. Azərbaycan bu işlərdə ona dəstək oldu. Necə ki, Azərbaycan imkan verdi ki, Ermənistan vətəndaşları həmin koridordan qayıdıb gəlsin. İndi də gedib-gəlmələrinə şərait yaradır. Hətta Qafan-Gorus yolundan şərait yaradır. Onlar isə Zəngəzur dəhlizi ilə bağlı müxtəlif fikirlər səsləndirir. İndiki hadisələr əvvəlkilərə bənzəmir. Artıq belə hadisələrin baş verməməsi üçün konkret ölçü götürülməlidir.

– Ermənistanda həmin şəxsi “qəhrəman” elan ediblər. Sizcə, Ermənistanda terrorçunu niyə qəhrəman elan edirlər?

Onlar xəstə cəmiyyətdir. Bəyəm onlar deyildimi Xocalı sakinlərini qəddarca öldürən Sarkisyan kimiləri prezident seçənlər? Cinayətkar Ohanyan nazir olmadımı? Dünyanın hansı hissəsində belə şey ola bilər? Bu hadisələr bir dəfə, iki dəfə olsa, on-onbeş nəfərin işi olsa, deyərsən, bunu hansısa bir qrup edir, cinayətkarlardır. Amma o cəmiyyətdə cinayətkarın sayı kifayət qədərdir. O terrorçu belə “qəhrəman” idisə, gəlib müharibədə öz qəhrəmanlığını göstərərdi. Qəhrəmanlıq nümunələrini Azərbaycan əsgəri müharibədə göstərib, özü də döyüşən orduya qarşı. Yoxsa postda duran sülhməramlıya gəlib qumbara atmaqla yox. Azərbaycan Ordusunun üzərinə qumbara atmaq olar? Onlar bəyəm Azərbaycan əsgərinə yaxın dura bilərlər? Sadəcə ora post olduğuna görə, həmin rus sülhməramlıların yanında bizim əsgərlərimiz də olduğuna görə, gəlib qumbaranı atıb, qaçıb. Gedib başqa ərazidə atardı da. Gör, Ermənistan cəmiyyəti nə günə qalıb ki, nədən özlərinə təsəlli verirlər. Həmin cəmiyyət illərlə özünü aldatmışdı ki, Qarabağda qələbə əldə edib. Bizhəmin “qələbə”nin nədən ibarət olduğunu gördük. Dünya da Ermənistan Ordusunun nəyə qadir olduğunu gördü. İndi də belə gülünc şeylərlə öz başlarını qatırlar. İndi Ermənistan xalqı yenidən övladlarının ölməyini, Azərbaycanın tarixi torpaqlarını qaytarmasını istəyirsə, yaralarının sağalmasını istəmirsə, biz düşünürdük ki, Azərbaycan əsgərinin qılıncı onları “müalicə” edib, hələ də müalicə olunmayıbsa, görünür, daha dərin əməliyyata ehtiyac duyurlar.

– Bu hadisəyə Azərbaycan necə cavab verəcək? Antiterror əməliyyatı başlaya bilərmi?

– İstənilən an hər şey ola bilər. Vaxtilə bu müharibə ilə bağlı mənə çoxlu Vaxtilə bu müharibə ilə bağlı mənə çoxlu suallar verilirdi. Deyirdim, Ali Baş Komandan onun zamanını bilir. O, nəyi, necə, nə vaxt edəcəyini çox yaxşı bilir və zaman da bunu sübut etdi. İndi bütün proseslər tam nəzarətdədir. Göydən də, yerdən də nəzarət təşkil olunur və proses izlənilir. Törədilən hər bir hadisənin artıqlaması ilə cavabı olur və olacaq da”, – deyə Emin Həsənli əlavə edib.