Azərbaycanda fantastik qiymətə meyvə bağı satılır.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, bağ Quba rayonu, Davidoba kəndində yerləşir.
Belə ki, Əməkiqışlaq kənd yolu ərazisində yerləşən 340 ha meyvə bağı və anbar kompleksi ilə (əmlak kompleksi) bir yerdə 29 milyon manata (29 000 000) satışa çıxarılıb.
Bağda 2007-2014-cü illərdə əkilmiş 519 650 ədəd Fransadan gətirilmiş meyvə sortları mövcuddur:
– gilas-28 989 ədəd;
– alma-391 705 ədəd,
– armud-63442 ədəd,
– gavalı-18 723 ədəd,
– şaftalı-nektarin-7 550 ədəd,
– ərik-9241 ədəd.
Əmlak kompleksi 4 ha sahibkarlıq təyinatlı torpaq sahəsi və 12 000 kv.m tikili sahədən (istehsalat və çeşidləmə binası, soyuducu anbar binası, ofis binası) ibarətdir.