Xəbər verdiymiz kimi, bu gün Oğuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Yol qəzasında ölən və yaralanan şəxslərin polis əməkdaşı olduğu məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, onlar Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarıdır.
Qəzada ölən 1995-ci il təvəllüdlü Şamxal Seyidəliyev, xəsarət alan isə 1998-ci il təvəllüdlü İbrahim Səfərovdur.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.






