Azərbaycandakı ən dərin zəlzələ ocaqları açıqlanıbbackend

Azərbaycandakı ən dərin zəlzələ ocaqları açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saat 9-dan səhərə kimi Azərbaycanda 34 yeraltı təkan baş verib, amma hiss edilməyib.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, il ərzində 7-8 min zəlzələ olur:

“Güclü zəlzələni qabaqcadan demək olmur. Azərbaycanda ən dərin zəlzələ ocaqları Xəzər dənizində və Kür çökəkliyindədir. Yerdə qalan zəlzələlər 8-10 km dərinlikdə olur. Havanın zəlzələyə heç bir aidiyyəti yoxdur”.