“Azərbaycanın İrandakı Səfirliyinə hücum birmənalı olaraq lənətlənməlidir”backend

“Azərbaycanın İrandakı Səfirliyinə hücum birmənalı olaraq lənətlənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın İrandakı Səfirliyinə hücum birmənalı olaraq lənətlənməlidir”.

İnterpress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev bildirib.

Onun sözlərinə görə, İran rejimi erməni terroristlərinin hərəkətlərini davam etdirir: “1983 -cü ilin 27 iyununda erməni terroristləri Türkiyənin Lisabbondakı səfirliyinə hücum edib, 7 səfirlik əməkdaşını öldürenlər; 12 mart 1985 -ci ildə erməni terroristləri Türkiyənin Ottavadakı səfirliyinə hücum etmişlər, 1 nəfər öldürülmüş, səfir yaralanmışdır. Londondakı səfirliyimizə hücum bizi sarsıltmadı. Biz qalib xalqıq və heç bir dövlətin təhdidindən qorxmuruq. Gerizəkalı İran rejimi ermənilərin terrorist hərəkətlərini davam etdirməklə heç nəyə nail olmayacaq. Məsciddə donuz saxlayan millətlə hansı ortaq dəyərlərə üstünlük vermələrini özləri bildiriblər”.