Azərbaycanlı federasiya prezidenti şəxsi problemləri üzündən MDB Oyunlarına gedə bilmirbackend

Azərbaycanlı federasiya prezidenti şəxsi problemləri üzündən MDB Oyunlarına gedə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Döyüş növlərində medal proqnozu vermək çox çətindir. Görürsən ki, ən güclü idmançı belə ilk döyüşdə zədə alıb döyüşü davam etdirə bilmir. Üstəlik, biz bu yarışa çox qısa müddət ərzində hazırlaşmağa başlamışıq. Aprel ayında I MDB Oyunlarında yarışacağımız deyildi, mayda da hazırlıqlara start verdik. Ona görə də proqnoz vermək çətindir”.

Bunu Oxu.Az-a Azərbaycan Muay Tay-Tayboks Federasiyasının prezidenti Azər Həsənsoy deyib.

4-11 sentyabr tarixl ərində Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarına muay tay (tayboks) idman növü də daxil edilib. Azərbaycanın altı idmançısı bu növdə qüvvəsini sınayacaq. Lakin federasiya prezidenti yarışa getməmək ehtimalının çox olduğunu bildirib:

“Altı nəfər idmançı ilə yarışa qatılacağıq. Bir qız və beş oğlan idmançımız Kazanda mübarizə aparacaq. Mənə Kazana getmək üçün Gənclər və İdman Nazirliyi tərəfindən bilet də alınıb. Amma şəxsi problemim var. Bu səbəbdən, deyəsən, ora gedə bilməyəcəyəm. Komandamız üç məşqçi ilə yola çıxacaq.

Heyətimizdə yeniyetmələrdə Rəvan Ağazadə 67 kq çəki dərəcəsində dünya çempionudur. 18 yaşı yeni tamam olub. Əli Əliyev Avropa Kubokunda mükafatçı olub”.

Karatedən sonra kikboksinq və sambo kimi Olimpiya idman növü hesab edilən muay tayda dəyişikliklərin olacağı gözlənilir. Bu, yerli federasiyadan da yan keçməyəcək. Lakin federasiya prezidenti hələ ki nazir təyinatını gözləyir:

“Biz gözləyirik ki, yeni Gənclər və İdman naziri təyin olunsun. Muay tay artıq Olimpiya idman növü olduğu üçün birgə proqram əsasında, planlı şəkildə işləmək lazım gələcək. Ancaq muay tay sadəcə digər idman növləri kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb. Bu isə onun hələ 2024-cü ildə Paris Olimpiadasında olacağı demək deyil. Görək hansı Olimpiadanın proqramına daxil ediləcək”.

Qeyd edək ki, I MDB Oyunlarında 14-23 yaş aralığındakı idmançılar mübarizə apara bilər.