Azərbaycanlı idmançılar yeni qələbələrə imza atıb – FOTObackend

Azərbaycanlı idmançılar yeni qələbələrə imza atıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İstanbul şəhərinin Kocaeli əyalətində ölkələrarası beynəlxalq turnirdə azərbaycanlı idmançılar yeni qələbələrə imza atıb.

İnterpress.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı “Baku 2012” klubu təmsil edib.

İdmançılarımız yarışda 5 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıblar.

İdmançılar bu medalların əldə olunmasında və qazandıqları uğurlarda “Baku 2012” klubunun baş məşqçisi Zaur Paşayevin böyük zəhmətinin olduğunu bildiriblər.

Biz də İnterpress.az kollektivi olaraq, Azərbaycan idmançılarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!