Azərbaycanlılar Miqranyanın Gürcüstana girişinə qadağa qoyulmasını tələb edirlərbackend

Azərbaycanlılar Miqranyanın Gürcüstana girişinə qadağa qoyulmasını tələb edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lazarev klubu”nun İrəvanda keçirilən 5-ci iclasında rusiyalı politoloq Andranik Miqranyanın gürcü xalqını “məxluq” adlandırmasına və təzyiqlərlə bağlı çağırış etməsinə Gürcüstanın azərbaycanlı icması etiraz edib.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı Gürcüstanın azərbaycanlı icması Xarici İşlər Nazirliyinə (XİN) açıq məktubla müraciət ediblər. Müraciətdə Andranik Miqranyanın Gürcüstan ictimaiyyətindən üzr istəməsi və onun ölkəyə girişinə qadağa qoyulması tələb olunub: Sözügedən bəyanatda deyilir: “Gürcüstan müstəqillik qazandıqdan ötən dövr ərzində həmsərhəd olduğu dövlətlərlə mehriban qonşuluq əlaqələrinə ciddi önəm verir və daim öz suveren mövqeyindən çıxış edir. Avropa və Asiya arasında əməkdaşlıq və dostluq müstəvisi/qapısı rolunu oynayan, qlobal iqtisadi layihələrin reallaşdırılmasında xüsusi çəkisi olan ölkəmiz sadəcə qonşu yox, eyni zamanda, müasir tarixdə taleyüklü rola malik etibarlı və strateji tərəfdaşa çevrilib. Eyni zamanda, istər beynəlxalq müstəvidə, istər regional səviyyədə əksər qonşu və dünya dövlətləri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, Abxaziya və Samoçablo münaqişəsində ölkəmizin suverenliyi ilə bağlı ədalətli mövqe sərgiləyirlər. Gürcüstanın suverenliyinə hörmət etməyən bəzi dairələrin tulaları isə vaxtaşırı ölkəmizin müstəqilliyini şübhə altına alan bəyanatlar səsləndirir, qonşular ilə münasibətlərin sarsıdılmasına hesablanmış hərəkətlərə yol verir, bununla da təxribat yönümlü, cinayət xarakterli əməllər törədirlər. Gürcüstan ictimaiyyəti bu kimi hallarla qəti şəkildə barışmayıb və barışmayacaqdır. Bununla əlaqədar bizlər də ictimaiyyət nümayəndələri olaraq son günlərdə baş vermiş təxribatla bağlı dövlətimizdən müvafiq addımlar atmasını tələb etmək qərarına gəlmişik. Belə ki, bir neçə gün əvvəl Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru, Rusiya Federasiyası İctimai Palatasının birinci və ikinci çağırışının üzvü (2006-2010), Demokratiya və Əməkdaşlıq İnstitutunun Nyu-York ofisinin rəhbəri, politoloq və tarixçi Andranik Miqronyan “Lazerevskiy klub”un Yerevan şəhərində keçirilmiş 5-ci iclasında çıxış edərkən Gürcüstan dövlətinin, xalqının şərəfinə toxunan, ləyaqətini alçaldan təhqiramiz ifadələr işlədərək vətəndaşı olduğumuz ölkəmizi təhqir edib. Biz Gürcüstanın azərbaycanlı icması gürcü qardaşlarımız və çoxmillətli Gürcüstanda yaşayan digər milli azlıqlarla birlikdə Andranik Miqranyanın Gürcüstanın suverenliyinə, ərazi bütovlüyününə hörmət etməməsinə, Ermənistandakı havadarlarına arxalanaraq ictimaiyyət arasında açıq şəkildə Gürcüstan vətəndaşlarını təhqir etməsinə öz qəti etirazımızı bildiririk. Göstərilənləri əsas gətirərək Gürcüstanın Xarici İşlər Nazirliyindən Andranik Miqranyanın Gürcüstan dövlətindən və vətəndaşlarından üzr istəməsini təmin etməsini, digər aidiyyəti qurumlardan Andranik Miqranyanın ölkəmizə girişinə qadağanın tətbiq edilməsini təkidlə tələb edirik”, – deyə bəyanatda vurğulanıb. Qeyd edək ki, bəyanata “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”, “Alyans” Gənclər Mərkəzi”, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”, “Gürcüstan Azərbaycanlılarının Hüqüqşunaslar Assosiasiyası”, “Borçalı İrəli ictimai Birliyi” və “Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi” təşkilatları imza atıblar.

İnterpress.az