Azərin: “Bıçaq sümüyə dirənib”backend

Azərin: “Bıçaq sümüyə dirənib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə yaşayan Xalq artisti Azərin Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü ilə əlaqədar TGRT HABER telekanalına müsahibə verib.

Sənətçi bildirib ki, artıq bıçaq sümüyə dirənib və Azərbaycan xalqı öz ərazi bütövlüyünü təmin etməkdə israrlıdır.

Azərin onu da qeyd edib ki, Azərbaycan xalqı 30 ildir səbr edib, amma danışıqlar prosesi heç bir nəticə verməyib.

Sənətçi Azərbaycan xalqının öz ordusuna güvəndiyini və növbəti zəfər xəbərlərinin gələcəyinə əmin olduğunu vurğulayıb.

İnterpress.az