Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilirbackend

Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 3-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

İnterpress.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.