Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb.
İnterpress.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.