Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurdubackend

Bakıda çağırışa gedən təcili tibbi yardım avtomobili ahıl qadını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Çağırışa gedən təcili tibbi yardım avtomobili “Yaşıl bazar”ın qarşısında yolu keçən 1953-cü il təvəllüdlü Abdullayeva Telli Tapdıq qızını vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.