Bakıda evdən iki qadının meyiti tapıldıbackend

Bakıda evdən iki qadının meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda mənzildən iki meyit tapılıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda iki nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Rəhimova Səidə Fikrət qızının və 1979-cu il təvəllüdlü Rəhimova Kəmalə Hacıağa qızının meyitlərini aidiyyəti üzrə təhvil veriblər.

 

 

İnterpress.az