Bakıda iki ev yandı: Xəsarət alan varbackend

Bakıda iki ev yandı: Xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Suraxanı rayonunda ümumi sahəsi 238 kvadratmetr olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 198 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 135 kvadratmetr olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları da 1 kvadratmetr sahədə qarsalanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Hər iki evin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.