Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.
İnterpress.az xəbər verir ki, konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir.
Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluğu ilə keçirilir.






