Bakıda lüks avtomobil oğurlanıbbackend

Bakıda lüks avtomobil oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakıda lüks avtomobil oğurlanıb. Fakt Bakının Nərimanov rayon 17-ci polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, dekabrın 21-də saat 20:00 radələrində Mehman Mehralıyev (1982-ci il təvəllüdlü) polisə müraciət edərək, Ağa Nemətulla küçəsində “Infiniti FX-35” avtomobilinin oğurlandığını bildirib.

Onun dediyinə görə, avtomobilini mühərriki işləyən vəziyyətdə qısa müddətlik tərk edib, geri qayıtdıqda isə onun oğurlandığını görüb.

Oğurluğu kimin törətdiyi hələ ki, müəyyənləşdirilməyib.

Faktla bağlı araşdırma aparılır.

 

 

İnterpress.az