Bakıda qaçırılan 14 yaşlı qız TAPILDIbackend

Bakıda qaçırılan 14 yaşlı qız TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd edilib ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük savxozu ərazisində qeydə alınıb. Belə ki, 2007-ci il təvəllüdlü A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.