Banqladeşdə məktəblər istilərə görə bağlanıbbackend

Banqladeşdə məktəblər istilərə görə bağlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqladeşdə güclü istilər səbəbindən ölkə üzrə ibtidai məktəblərdə tədris iyunun 8-dək dayandırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Bildirilib ki, hökumət davam edən həddindən artıq istilər səbəbindən ibtidai məktəbləri iyunun 8-dək bağlamalı olub.

Meteorologiya İdarəsinin rəsmisi Muhammed Abul Kalam Mallik Anadolu Agentliyinə (AA) bildirib ki, həddindən artıq istilərin iyunun 12-dək davam edəcəyini proqnozlaşdırırlar.

Banqladeşdə iyun ayında orta temperaturun 31,9 dərəcə Selsi ətrafında olması lazım olduğunu bildirən Mallik, ölkə daxilində temperaturun 2 ilə 8 dərəcə yüksək olduğunu bildirib.