Batumidən Nijni Novqoroda uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ – Sərnişinlər QOVULDUbackend

Batumidən Nijni Novqoroda uçan təyyarə TƏCİLİ ENİŞ ETDİ – Sərnişinlər QOVULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidən Nijni Novqoroda uçan təyyarənin sərnişinləri vəziyyətin girovu olublar.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, Batumidən Nijni Novqoroda uçan WZ-1350 reysini həyata keçirən Red Wings-in sərnişinləri vəziyyətin girovu olublar.

“Xalça” planının işə düşməsi ilə əlaqədar təyyarə Kazanda təcili eniş edib. Həyəcan siqnalı qaldırıldıqdan sonra insanlar yeməklə, mehmanxana və ya məlumatla təmin olunmadan sadəcə olaraq düşürülüblər.

Kazanda ilişib qalan insanlara görə:
• Aviaşirkət nümayəndəsi kobuddur;
• Qida və yaşayış təmin edilmir;
• Uçuş davamlı olaraq bir-iki saat təxirə salınır;
• Yeni heyət və yola düşmə vaxtı haqqında məlumat – sıfır.

Artıq 6 saatdır yoldayıq. Təyyarə Batumidə gecikib, daha sonra Kazana enib.

Siqnal qaldırılanda bizə dedilər ki, ekipaj “işini görüb” və getdi. Bizi sadəcə olaraq hava limanında qovdular”, – sərnişinlərdən biri deyib.

Xuraman Etibarlı

İnterpress.az