Bayden mayın 12-də İspaniyanın baş naziri Sançesi qəbul edəcəkbackend

Bayden mayın 12-də İspaniyanın baş naziri Sançesi qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Bayden mayın 12-də Ağ Evdə İspaniyanın Baş naziri Pedro Sançesi qəbul edəcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Baydenin mayın 12-də Ağ Evdə İspaniyanın Baş naziri Sançesi qəbul edəcəyini açıqlayan Jan-Pierre bildirib ki, liderlər ikitərəfli müdafiə əməkdaşlığı, transatlantik təhlükəsizlik və iqtisadiyyat məsələləri, həmçinin Rusiya-Ukrayna müharibəsi və Kiyevə verilən dəstəyi müzakirə edəcəklər.

Jan-Pier bəyan edib ki, iyul ayında Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edəcək Co Bayden və İspaniya lideri iqlim dəyişikliyi, Latın Amerikası və Karib hövzəsində əməkdaşlığın genişləndirilməsi kimi bir sıra məsələləri müzakirə edəcəklər.