ABŞ prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində vitse-prezident Kamala Harrislə birlikdə yenidən namizədliyini irəli sürdüyünü açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
2019-cu ildə namizədlik bəyanatının ildönümü ilə əlaqədar 3 dəqiqəlik video mesajında namizədliyini açıqlayan Bayden deyib: “İndi biganə qalmağın vaxtı deyil, ona görə də yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm. Mən dedim ki, biz Amerikanın ruhu üçün müharibədəyik. Bu müharibə hələ də davam edir. Hər kəsin özünə verməli olduğu sual budur ki, gələcək illərdə daha çox və ya daha az azadlığa sahib olacağıq?”.