Bayramqabağı ərzağın qiyməti QALXACAQ ?- AÇIQLAMAbackend

Bayramqabağı ərzağın qiyməti QALXACAQ ?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz bayramına artıq sayılı günlər qalıb.Belə bir vaxtda insanları ən çox maraqlandıran məsələlərdən biri də qiymət artımı ilə bağlıdır. Əhalini narahat edən məlum məsələ ilə bağlı iqtisadçı- ekspert Akif Nəsirli danışıb.

İqtisadçı bildirdi ki, ölkədə qiymət artımı qarşıdakı aylarda qaçılmazdır. Bunun da bayramla heç bir əlaqəsi yoxdur:

“Məlumdur ki, dünya hələ də pandemiyanın cəngindən xilas olunmadığı üçün bir çox ölkələr özlərinə ərzaq tədarükü yığır. Elə buna görə də, dünya bazarında bir qədər ərzaq qıtlığı yaranıb. Belə olan halda da, dünyada ərzağın qiymətində bahalaşma müşahidə edilir.Məlum hadisədən dolayı ölkəmizdə də qiymət artımı gözləniləndir”.

 

 

İnterpress.az