BƏƏ prezidenti əl-Nəhyan Böyük Britaniyanın baş naziri Starmerlə regional hadisələri və iki ölkə arasındakı əlaqələri müzakirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Əmirliyin xəbər agentliyi WAM məlumat yayıb.
Qəzza zolağı ətrafındakı vəziyyətə gəlincə, tərəflər regionda sabitliyə nail olmaq üçün “iki dövlətli həll” əsasında sülh prosesinə doğru irəliləməyin vacibliyini vurğulayıblar.
Əl-Nəhyan həmçinin Böyük Britaniyanın baş nazirinin Londonun Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı bəyanatlarını yüksək qiymətləndirib.
Xuraman Etibarlı
İnterpress.az