Belarus ordusunun döyüşə hazırlığı yoxlanılırbackend

Belarus ordusunun döyüşə hazırlığı yoxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Müdafiə Nazirliyi orduda döyüş hazırlığının yoxlanıldığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, yoxlama fəaliyyəti kompleks xarakter daşıyır.

Belə ki, yoxlamaya hərbi hazırlıq vəziyyətinin ən yüksək səviyyədə olduğu zaman komandirlərin hərbi hissələrin imkanlarının müəyyən edilməsi üzrə hərəkətləri daxildir və hərbi hissələrin qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə hazır olub-olmaması yoxlanılır.

Yoxlama zamanı hərbi texnikanın hərəkəti ümumi istifadədə olan avtomobil yollarında və torpaqlarda mülki nəqliyyat vasitələrinin hərəkətini müvəqqəti məhdudlaşdıra bilər.