Belçika İsrail səfirini Qəzza ilə bağlı qərara görə Xarici İşlər Nazirliyinə çağırıb.
Interpress.az xəbər verir ki, Belçikanın xarici işlər naziri Maksim Prevo İsrailin ölkədəki səfirini nazirliyə dəvət edib.
Buna səbəb İsrailin təhlükəsizlik kabinetinin Qəzza zolağının tam nəzarətə götürülməsi ilə bağlı verdiyi qərar olub.
Nazir Prevo bildirib ki, Belçika bu addımdan və onun sülh prosesinə mümkün mənfi təsirlərindən ciddi narahatlıq keçirir.
O, həmçinin vurğulayıb ki, Brüssel beynəlxalq hüququn prinsiplərinə əməl olunmasını və iki dövlətli həll perspektivinin qorunub saxlanmasını dəstəkləyir.
Gərginliyin artdığı bir vaxtda Belçikanın Xarici İşlər Nazirliyi təxliyə ilə bağlı da məlumat yayıb.
Bildirilir ki, avqustun 8-də Belçika vətəndaşları və digər hüquqi statusa malik ümumilikdə təxminən 40 nəfər, o cümlədən çoxlu sayda uşaq Qəzza zolağından təxliyə olunaraq Belçikaya gətirilib.
Hazırda evakuasiya siyahısında daha təxminən 500 nəfər qalır.
Xuraman Etibarlı
Interpress.az