Belçika Rusiyaya hücumda Ukraynaya verilən silahların istifadəsinə qarşıdırbackend

Belçika Rusiyaya hücumda Ukraynaya verilən silahların istifadəsinə qarşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika hökuməti Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya verilən silahların Rusiyaya qarşı hücumlarda istifadə edilməsinə qarşı çıxır və onların yalnız özünümüdafiə məqsədilə istifadə oluna biləcəyini bildirir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Belçikanın Ukraynaya göndərdiyi “FN Herstal” şirkətinin istehsal etdiyi “FN Scar” tipli avtomatik silahların Rusiyadakı hökumət əleyhinə qrupların Rusiya ordusuna qarşı hücumlarında istifadə edildiyini göstərən video görüntülər Belçikada müzakirə mövzusu olub.

Belçikanın Baş naziri Alexander De Croo, iştirak etdiyi televiziya proqramında mövzu ilə bağlı sualları cavablandırarkən, Rusiya torpaqlarında Belçika istehsalı olan silahların istifadə edilib-edilmədiyini müəyyən etmək üçün kəşfiyyat vahidlərinə müraciət etdiyini söyləyib.

Belçika rəsmiləri bəyan ediblər ki, Ukraynaya göndərilən silahlarla bağlı göndəriş və çatdırılma sənədlərində bu materialların yalnız Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin işğalına qarşı öz ərazilərini müdafiə etmək üçün istifadə oluna biləcəyi barədə dəqiq ifadələr var.

Belçikanın “FN Herstal” şirkətinin istehsal etdiyi silahların digər Avropa ölkələrinin də inventarında olduğu bildirilib.