Belçika Türkiyəyə qarşı embarqonu LƏĞV ETDİbackend

Belçika Türkiyəyə qarşı embarqonu LƏĞV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika Türkiyəyə qarşı müdafiə sənayesi embarqosunu ləğv edib.

İnterpress.az xəbər verir ki, bu barədə Belçika hökuməti məlumat yayıb.

Belçika 2019-cu ildə Türkiyənin Şimali Suriyada həyata keçirdiyi “Sülh bulağı” əməliyyatından sonra tətbiq etdiyi müdafiə sənayesi embarqosunu rəsmi şəkildə aradan qaldırıb.

Qərar regiondakı geosiyasi vəziyyətin dəyişməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsi ilə izah olunur.

Məlumata görə, 2025-ci ilin iyulunda Belçikanın müdafiə və xarici ticarət naziri Teo Franken İstanbuldakı IDEF-25 müdafiə sərgisi çərçivəsində Türkiyənin müdafiə naziri Yaşar Güler və Müdafiə Sənayesi İdarəsinin rəhbəri Halyuk Görgün ilə görüşüb.

Tərəflər iki ölkə arasında müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi yollarını müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az