Belçikada 112 min insan illərdir qanuni sənədsiz yaşayırbackend

Belçikada 112 min insan illərdir qanuni sənədsiz yaşayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada illərdir yaşayış və ya iş icazəsi olmadan yaşayanların sayının 112 min nəfər olduğu müəyyən edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Təxminən 11,5 milyon əhalisi olan Belçikada “sənədsiz” insanların sayı 112 min nəfərdir.

Bu rəqəm ölkənin məşhur turizm şəhərlərindən biri olan Brügge əhalisinə uyğundur.

Onlardan 52 mini paytaxt Brüsseldə yaşayır.

Ölkənin illərdir müzakirə etdiyi mövzulardan biri də budur.

Sənədsiz insanların Əlcəzair, Tunis, Əfqanıstan, Pakistan və bir çox Afrika ölkələrindən müxtəlif vasitələrlə ölkəyə gəldiyi bildirilir.