Neyrobioloqlar sübut ediblər ki, şanslı olmağı məşq etdirmək mümkündür.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yaponiyalı neyrobioloq Nobuko Nakano onlarla elmi araşdırmanı təhlil edərək maraqlı nəticəyə gəlib.
Alimin rəyinə görə, bəxt və ya şans sadə bir təsadüf deyil, insanın zamanla öz üzərində işləyərək inkişaf etdirə biləcəyi xüsusi bir bacarıqdır.
Araşdırmalar göstərir ki, özlərini şanslı hesab edən insanlar hər zaman yeni imkanları daha tez fərq edir, uğursuzluqların öhdəsindən daha asan gəlir, qərarları daha sürətlə qəbul edir və hər cür dəyişikliklərə daha tez uyğunlaşırlar.
Neyrobioloqlar qeyd edirlər ki, insanın öz beynini müsbət imkanları axtarmağa və çətinliklərdən dərhal dərs çıxarmağa adaptasiya etməsi onun real həyatda daha şanslı və müvəffəqiyyətli olmasına birbaşa şərait yaradır.
Xuraman Etibarlı
İnterpress.аz






