Bursa da beyin qanaması nəticəsində dünyasını dəyişən şəxsin orqanları 4 xəstəyə ümid verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bir həftə əvvəl beyin qanaması şikayəti ilə Gemlik Dövlət Xəstəxanasına gətirilən qadın xəstənin beyin ölümü meydana gəlib.
Qadının ailəsi ilə görüşən orqan nəqli koordinatorları orqan bağışlanması ilə bağlı məlumat verib.
Ailənin orqan bağışlanması üçün razılığı ilə əməliyyatla alınan qadının bir böyrəyi Bursa Şəhər Xəstəxanasına, digər böyrəyi və qaraciyəri Bursa Uludağ Universiteti Xəstəxanasına, ağciyəri isə İstanbul Kartal Koşuyolu Təhsil və Araşdırmaya göndərilib.
Dr. Fevzi Yavuzyılmaz orqan bağışlamanın son dərəcə şərəfli və müqəddəs bir əməl olduğunu bildirib.