Biləsuvar rayon sakini dəryazla qoluna xəsarət yetirib.
İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1990-ci il təvəllüdlü A. Xankişiyev dəryazı itiliyən zaman qolunu kəsib.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.