Biləsuvarda apteklərdə bəzi uşaq bezləri tapılmır.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.
Onların sözlərinə görə, Türkiyə istehsalı olan uşaq bezləri apteklərdə yoxa çıxıb. Əsasən daha çox istifadə olunan 3, 4 və 5 nömrəli bezlər tapılmır.
Apteklərdən isə bildirilib ki, həqiqətən sözügedən bəzi uşaq bezləri satışda yoxdur.
Buna səbəb onların depoda da bitməsidir. Lakin yaxın vaxtlarda bezlərin ölkəyə gətirilməsi gözlənilir.