Biləsuvarda dəhşətli qətl: hadisə yerindən görüntülər – VİDEObackend

Biləsuvarda dəhşətli qətl: hadisə yerindən görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda qətlin törədildiyi yerdən görüntülər yayılıb.

İnterpress.az xəbər verir ki, hadisə dekabrın 8-i saat 3 radələrində rayonun Xırmandalı kəndindəki küçələrdən birində qeydə alınıb.

Məlumat üçün bildirək ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evinin yaxınlığına çağırıb.

Daha sonra qısqanclıq zəmnində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib. Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb. Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda iş üzrə istintaq davam edir.