Biləsuvarda iki azyaşlı yanıq xəsarətləri alıbbackend

Biləsuvarda iki azyaşlı yanıq xəsarətləri alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayonunda bədbəxt hadisə nəticəsində iki azyaşlı uşaq yanıq xəsarətləri alıb.

İnterpress.az-ın məlumatına görə, hadisələr fərqli ünvanlarda qeydə alınıb.

İlk hadisə rayonun Təyyarə meydanı adlı yaşayış massivində baş verib.

Belə ki, 3 yaşlı rayon sakini, Ö. Babaşovun ayağına qaynar su dağılıb.

Digər hadisə isə rayonun Əsgərabad kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 9 yaşlı G.Əmənova qoluna qaynar çay dağılıb.

Hər iki zərərçəkən termiki yanıqlarla rayon xəstəxanasına aparılıb.