Süni intellekt ölən yaxınlarla “ünsiyyəti” mümkün edir.
İnterpress.az xəbər verir ki, bu barədə texnoloji platformalar məlumat yayıb.
“Black Mirror” gerçəkliyə çevrilir: 2Wai startapı insanlara vəfat etmiş qohumlarının süni intellekt versiyası ilə ünsiyyət imkanı verən funksiyanı təqdim edib.
Yeni texnologiya şəxsin səsini, danışıq tərzini və həyat məlumatlarını emal edərək onun “rəqəmsal davamını” yaradır.
Reklam çarxında hamilə qadın rəhmətə getmiş anasının süni intellektlə yaradılmış versiyası ilə danışır, o isə qızına psixoloji dəstək olur.
Daha sonra dünyaya gələn uşaq da “rəqəmsal nənə” ilə ünsiyyət qurur. Rolikin sonunda isə həmin uşaq artıq 30 yaşındadır və İİ-nin “nənəsinə” — onun tezliklə “ulu nənə” olacağını bildirir.
Funksiya sosial şəbəkələrdə həm maraq, həm də narahatlıq doğurub.
İstifadəçilərin bir hissəsi texnologiyanı emosional dəstək vasitəsi kimi qiymətləndirir, digərləri isə bunun etik sərhədləri aşdığını və “Black Mirror” serialının “Mən tezliklə qayıdacağam” epizodunu xatırlatdığını yazır.
Şirkət yaxın aylarda funksiyanın geniş ictimaiyyətə açılacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






