Antoni Blinken Sudan Silahlı Qüvvələrinin komandanı general Əbdülfəttah əl-Burhan və Çevik Dəstək Qüvvələrinin komandanı general Məhəmməd Həmdan Daqalo ilə ayrılıqda görüşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Blinken müharibədən zərər çəkənlərə humanitar yardımın çatdırılmasına, sudanlı ailələrin birləşdirilməsinə və beynəlxalq ictimaiyyətin Xartumda mövcudluğunun təmin edilməsinə imkan yaratmaq üçün atəşkəsə nail olunmasının təcili olduğunu vurğuladı”, – məlumatda deyilir.
Blinken bəyanatda iki generalın mülki şəxslərin, diplomatik personalın və humanitar işçilərin təhlükəsizliyini və rifahını təmin etmək üçün məsuliyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə hərbiləşdirilmiş HDK arasında silahlı toqquşmalar baş verib.