Rusiya siyasi elitası FSB-nin nəzarətdən çıxdığından ehtiyat edir.
İnterpress.аz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg” agentliyinin daxili etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, Rusiyanın siyasi elitası Federal Təhlükəsizlik Xidmətinin (FSB) ölkədə nəzarətdən çıxa biləcəyindən ciddi narahatlıq keçirir.
İddia olunur ki, Prezident Vladimir Putin daxili sabitliyi və hakimiyyəti qoruyub saxlamaq məqsədilə cəmiyyət üzərində kəskin nəzarət kursu götürüb və xidmətə tam sərbəst hərəkət azadlığı verib.
Bunun ardınca ölkədə fərqli fikirlərə qarşı repressiyaların güclənməsi və xüsusi təhlükəsizlik orqanları üçün hər hansı aydın qanunvericilik məhdudiyyətinin olmaması hətta Kreml rəsmiləri arasında da böyük təşviş yaradıb.
Hökumətdə təmsil olunan bəzi yüksəkrütbəli məmurlar FSB-nin artıq nəzarətdən tamamilə çıxa biləcəyini ehtimal edirlər.
Maliyyə və siyasi analitiklər qeyd edirlər ki, kəşfiyyat və təhlükəsizlik strukturlarına verilən bu cür qeyri-məhdud geniş səlahiyyətlər gələcəkdə Rusiya daxilində mövcud güc balansının kəskin şəkildə dəyişməsinə və yeni daxili böhrana səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.аz






