Çində ŞOK HADİSƏ: Yaşlı qadın 23 yaşlı aktyorla öpüşmək üçün 50 seriyalı filmi MALİYYƏLƏŞDİRDİbackend

Çində ŞOK HADİSƏ: Yaşlı qadın 23 yaşlı aktyorla öpüşmək üçün 50 seriyalı filmi MALİYYƏLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində yaşlı qadın gənc aktyorla öpüşmək üçün çəkilən serialı tam maliyyələşdirib.

İnterpress.аz xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Çində olduqca qeyri-adi və səs-küylü şou-biznes qalmaqalı qeydə alınıb. Varlı və yaşlı bir qadın, 23 yaşlı gənc aktyor Çjun Yufeylə yaxınlaşmaq və onunla rol bölüşmək üçün 50 seriyalı yeni mikrodramın (serialın) bütün çəkiliş xərclərini öz üzərinə götürüb.

Qadın rejissorun qarşısında əsas şərt kimi baş rolu gənc aktyorla birlikdə özünün canlandırmasını qoyub.

Həmçinin, o, ssenaridə onların personajları arasında 60 öpüşmə səhnəsinin çəkilməsini xüsusi tələb edib.

Çəkilişlər zamanı yaşlı qadın ssenaridən kənara çıxaraq hər dublda gənc aktyoru israrla öpüb və tez-tez onun dizləri üstündə əyləşib.

Lakin sonradan rejissor serialın montajı zamanı həmin öpüşmə səhnələrindən 20-sini kəsərək ləğv edib.

Buna bərk qəzəblənən yaşlı sponsor qadın müqavilə şərtlərini pozub və maliyyələşmənin qalan hissəsini ödəməkdən qəti şəkildə imtina edib.

Baş verən hadisə Çin sosial şəbəkələrində böyük müzakirələrə və gülüş hədəfinə çevrilib.

Xuraman Etibarlı

İnterpress.аz