Rusiyada bank işçisinin səhvi ailəni EVSİZ QOYDU – Rəhbərlik isə bel çantası BAĞIŞLADIbackend

Rusiyada bank işçisinin səhvi ailəni EVSİZ QOYDU – Rəhbərlik isə bel çantası BAĞIŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada bank 10 milyon rubl itirən ailəyə kompensasiya olaraq iki bel çantası verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində bank əməkdaşının kobud səhvi bir ailənin həm milyonlarla vəsaitdən, həm də mənzildən məhrum olması ilə nəticələnib.

Şatrovlar ailəsi köhnə mənzillərini sataraq eyni gündə 75 yaşlı anaları üçün yeni ev almaq istəyiblər.

Alqı-satqı zamanı bank işçisi sənədləri səhv rəsmiləşdirərək ailəyə çatmalı olan vəsaiti də daxil olmaqla, ümumilikdə 9,85 milyon rublu (təxminən 211 min manat) birbaşa mənzil satıcısının hesabına köçürüb.

Vəsaitin bank daxilində dondurulması və geri qaytarılması prosesi aylarla uzanıb. Nəticədə bron müddəti bitdiyi üçün ailənin almaq istədiyi yeni mənzil başqasına satılıb.

Bank rəhbərliyi yol verdiyi bu böyük maliyyə xətasına görə Şatrovlar ailəsinə kompensasiya olaraq yalnız iki ədəd firma loqolu bel çantası hədiyyə edib.

Mərkəzi Banka edilən rəsmi şikayətlər heç bir nəticə verməyib, ailə isə əlavə stress yaşamamaq üçün məhkəməyə müraciət etməkdən imtina edib.

Xuraman Etibarlı

İnterpress.az