Kondisioner quraşdıran fəhlənin səhvi onun ölümünə SƏBƏB OLDU – VİDEObackend

Kondisioner quraşdıran fəhlənin səhvi onun ölümünə SƏBƏB OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində kondisioner quraşdıran fəhlə mühərriki qoluna bağladığı üçün binadan yıxılaraq ölüb.

İnterpress.аz xəbər verir ki, bu barədə Çin KİV məlumat yayıb.

Çində təhlükəsizlik texnikası qaydalarının kobud şəkildə pozulması növbəti dəhşətli istehsalat qəzasına və ölümə səbəb olub.

Çoxmərtəbəli binada kondisioner quraşdıran yerli fəhlə hündürlükdən yıxılaraq faciəvi şəkildə həyatını itirib.

Məlumata görə, fəhlə iş zamanı kondisionerin ağır xarici mühərrik blokunu ehtiyatsızlıqdan öz qoluna bərkidib. Quraşdırma zamanı o, qəfildən ağır aqreqatı əlində saxlaya bilməyib və cihaz aşağı yuvarlanıb.

Aşağı düşən ağır mühərrik qolundan bağlı olan fəhləni də özü ilə bərabər binanın damından aşağı çəkib.

Aldığı ağır xəsarətlərdən fəhlə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən istehsalatda texniki təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.аz