Rusiyada məşhur fastfud şəbəkələrinin burgerlərində bağırsaq çöpləri aşkarlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın keyfiyyət nəzarəti qurumu “Roskaçestvo” ölkədə fəaliyyət göstərən populyar fastfud şəbəkələrinin burgerlərini 500-ə yaxın parametr üzrə dərindən yoxlayıb.
Yoxlamaların nəticəsində bir çox məşhur restoranların hazır məhsullarında təhlükəli bağırsaq çöpləri (E. coli) və normadan artıq zərərli bakteriyalar aşkarlanıb.
Ən ciddi qayda pozuntuları “BB & Burgers”, “Burger Heroes”, “Büro”, “Ketch up”, “Torro Grill” və “Dostaevskiy” fast-fud şəbəkələrində qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu bakteriyaların tapılması qidaların səhv hazırlanmasından, düzgün saxlanılmamasından və ya kəskin antisanitariya şəraitindən xəbər verir.
Bununla yanaşı, bəzi burgerlərin tərkibində rəsmi olaraq sənədlərdə qeyd olunmayan soya, raps və qarğıdalı qalıqları, digər 10 fərqli məhsulda isə toyuq əti izləri aşkarlanıb.
Bundan əlavə, “Farş”, “Miratorq”, “BB & Burgers”, “Ketch up” və “Burger Heroes” şəbəkələrində satılan burgerlərin çəkisinin menyuda göstəriləndən xeyli az olduğu müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.аz






