İnanılmaz HADİSƏ: Ayıdan qaçan adamı İLDIRIM VURDU – FOTObackend

İnanılmaz HADİSƏ: Ayıdan qaçan adamı İLDIRIM VURDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altayda ayı ilə qarşılaşan və ildırım vuran dəniz piyadası möcüzəvi şəkildə sağ qalıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Dağlıq Altayda inanılmaz və möcüzəvi xilasetmə hadisəsi baş verib. Meşədə ayı ilə qarşılaşan və həmin an onu ildırım vuran hərbçi sağ qalaraq xəstəxanaya çatmağı bacarıb. Bu barədə Altay Respublikasının səhiyyə naziri Xubezov rəsmi məlumat verib.

Ukraynadakı müharibənin iştirakçısı olan dəniz piyadası at belində hərəkət edərkən arxalarınca bir ayının təqib etdiyini fərq edib. O, atı bərkidib ayı ilə mübarizə aparmaq üçün yaxınlıqdakı ağaca yaxınlaşıb.

Həmin saniyələrdə ildırım birbaşa həmin ağaca çırpılıb və ağac parça-parça olub. İldırım zərbəsi birbaşa hərbçinin peysər və boyun nahiyəsinə dəyib və onun bütün bədəni anidən iflic olub.

Bədəni tamamilə iflic olan hərbçi magistral yola qədər 1 kilometrdən çox məsafəni sürünərək qət edib.

Yolda onu köməksiz vəziyyətdə görən insanlar dərhal yaralını xilas edərək ən yaxın xəstəxanaya çatdırıblar.

Hazırda onun həkim nəzarətində olduğu və müalicəsinin davam etdirildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.аz