Rusiyada 19 yaşlı qız attraksiondan yıxılaraq ağır xəsarət alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın Tümen şəhərində yerləşən əyləncə parkında ağır bədbəxt hadisə baş verib. 19 yaşlı gənc qız hərəkətdə olan attraksiondan qəfildən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Zərərçəkən müxtəlif travmalarla dərhal xəstəxanaya yerləşdirilib. Hazırda o, həkimlərin ciddi nəzarəti altında müalicəsini davam etdirir.
İstintaq orqanları hadisə yerindəki təhlükəsizlik kameralarının görüntülərini və attraksionun istismarına dair rəsmi sənədləri müsadirə ediblər.
Faktla bağlı təhlükəsizlik tələblərinə və standartlarına cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə rəsmi cinayət işi başlanılıb.
Qəzanın başvermə səbəbləri dərindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.аz






