BMT: Əfqanıstan qadın hüquqları ilə bağlı dünyanın ən repressiv ölkəsidirbackend

BMT: Əfqanıstan qadın hüquqları ilə bağlı dünyanın ən repressiv ölkəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Təhlükəsizlik Şurası 8 mart – Beynəlxalq Qadınlar Günündə Əfqanıstandakı qadınların əziyyətlə bağlı iclas keçirib.

İclasda çıxış edən BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayeva Əfqanıstanda qadınların və qızların acınaqlı vəziyyətdə olduğunu deyib.

R. Otunbayeva bildirib ki, Talibanın hakimiyyəti altında olan Əfqanıstan qadın hüquqları ilə bağlı dünyanın ən repressiv ölkəsi olaraq qalır:

“Taliban hakimiyyəti tərəfindən əfqan qadınların işləməsinə, oxumasına, həyat yoldaşları olmadan səyahət etməsinə, hətta parklara və ya hamamlara getməsinə qoyulan qadağalar qüvvədə qalır. Taliban ölkəni birləşdirdiyini iddia etsə də, insanları cinslərə bölüb. Onilliklər boyu davam edən müharibədən sonra ölkədə insan kapitalına ehtiyac duyduğu bir vaxtda ölkənin potensial qadın həkimləri, alimləri, jurnalistləri və siyasətçiləri evlərinə qapanıb, arzuları puç olub və istedadları əllərindən alınıb. Biz əfqanıstanlı qadınların düşüdüyü carəsizliyə göz yuma bilmərik”.

R. Otunbayeva bildirib ki, Talibanın qadınların işləməsinin və təhsilinə qadağalar qoymasının nəticələri ağır olacaq: “Əfqan xalqı dərin iztirab çəkməyə davam edir. Əfqanıstanda qlobal miqyasda böyük humanitar böhran yaşanır. Əhalinin üçdə ikisinin, yəni 28 milyon insanın bu il sağ qalması üçün humanitar yardıma ehtiyac var. Əhalinin demək olar ki, yarısı, 20 milyon insan ərzaq təhlükəsizliyinin böhran səviyyələrini yaşayır. BMT-nin bölgədəki humanitar fəaliyyəti getdikcə mürəkkəbləşir, biz bölgələrə giriş və təhlükəsizlik problemi ilə üz-üzəyik. Humanitar missiyalarda çalışan qadınlara qoyulan qadağalar əhalinin həssas təbəqələrinə çatmaq üçün ciddi maneə olaraq alır. Bütün səylərimizə baxmayaraq son vaxtlar humanitar sahədə vəziyyət daha da, pisləşib.Talibanın qadınlara qadağaları ölkədə maliyyə böhranı yaradacaq”.

BMT TŞ-nın iclasından sonra BMT-yə üzv ölkələrin nümayəndələri Beynəlxalq Qadınlar Günündə əfqan qadınların yanında olduqlarını nümayiş etdirmək məqsədi ilə BMT-nin Nyu-Yorkdakı qərargah binası önünə dəstək mesajları yazıblar .