BMT-nin İraqdakı Yardım Missiyasının mandatı daha 1 il uzadılıbbackend

BMT-nin İraqdakı Yardım Missiyasının mandatı daha 1 il uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) İraqa Yardım Missiyasının (UNAMI) mandatı bir il uzadılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən səsvermədə UNAMI-nin mandatının daha 12 ay uzadılması qərarı yekdilliklə qəbul edilib.

Böyük Britaniyanın BMT-dəki Daimi Nümayəndəliyi qərarla bağlı deyib: “Yekdilliklə verilən qərar Şuranın yardım missiyasına dəstəyini, İraq və xalqının uzunmüddətli sabitliyini göstərir”.

İraqın inkişafı və yenidən qurulması, eləcə də təhlükəsizliyin təmin edilməsində hökumətə yardım etmək missiyasına malik olan UNAMI İraqda insan haqları pozuntularına da nəzarət etmək vəzifəsini daşıyır.

UNAMI 14 avqust 2003-cü ildə ABŞ və müttəfiq qüvvələrin İraqı işğal etməsindən sonra BMT Təhlükəsizlik Şurasının 1500 saylı qətnaməsi ilə yaradılıb.