BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, Sudanda zorakılıq milyonlarla insanı aclığa sürükləyə bilər.
Bu barədə İnterpress.az xarici mətbuata istinadən xəbər verir.
Qərargahı Romada olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramından (ÜƏP) verilən yazılı açıqlamada, Ümumdünya Ərzaq Proqramı hazırda əhalinin üçdə birinin kifayət qədər qida tapmaqda çətinlik çəkdiyi Sudanda qarşıdurmalar səbəbindən fəaliyyətini dayandırmalı olub:
“Sudanda zorakılığın partlaması, milyonlarla insanı aclığa sürükləmək potensialına malikdir”.
ÜƏP 2023-cü ildə Sudanda 7,6 milyon insana dəstək verməyi planlaşdırır, lakin davam edən münaqişə ÜƏP-nin kritik təcili ərzaq tədarükünə, uşaqlara məktəb yeməkləri təqdim etməsinə və qida çatışmazlığı ilə mübarizəyə mane olub.